Human Rights Watch:“Rusiya hərbçiləri Xerson və Zaporojye vilayətlərində insanları oğurlayır və işgəncə verir”

GÜNDƏM 23.07.2022 1101

Human Rights Watch (HRW) təşkilatından olan hüquq müdafiəçiləri Ukraynanın Rusiyanın nəzarətində olan Xerson və Zaporojye vilayətlərində insanların oğurlanması və işgəncələrə məruz qalması ilə bağlı hesabat yayıb.

Təşkilatın əməkdaşları Xerson, Melitopol, Berdyansk, Skadovskdan və həmçinin Xerson və Zaporojye vilayətlərinin digər 10 şəhər və qəsəbəsindən olan 71 nəfərlə söhbət ediblər. Onlar rusiyalı hərbçilərin mülki şəxsləri oğurladığı, ətraf aləmdən təcrid etdiyi və işgəncə verdiyi 42 hadisə barədə məlumat veriblər. Eyni zamanda HRW Xersonun müdafiə qüvvələrinin hərbi qulluqçularına edilən işgəncələrlə bağlı məlumatları sənədləşdirib. Bu hərbçilərdən ikisi ölüb.

Hüquq müdafiəçilərinin hesabatında jurnalistlərin, fəalların, etirazçıların və yerli məmurların saxlanmaları ilə bağlı hekayələr də təsvir edilir. Onların bəzilərinin harada olduğu hələ də yaxınlarına məlum deyil.

HRW xatırladır ki, qanunsuz həbslər və adam oğurluğu beynəlxalq humanitar hüquqla qadağandır və müharibə cinayətləri ilə eyniləşdirilə bilər.

“Hər hansı bir məhbusa işgəncə və qeyri-insani rəftar beynəlxalq hüquq çərçivəsində bütün hallarda qadağandır və silahlı münaqişə ilə əlaqəli olduqda, müharibə cinayəti, eləcə də insanlığa qarşı cinayət tərkibli hesab olunur”, - deyə hesabatda bildirilir.

Mənbə: newsru.co.il

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top