Azərbaycanda mikroavtobus sürücüsündən heyvanlara qarşı qəddarlıq – VİDEO

GÜNDƏM 23.07.2022 1383

Azərbaycanda növbəti dəfə heyvanlara qarşı qəddarlıq faktı qeydə alınıb.

Oxu.Az xəbər verir ki, müvafiq görüntülər Bakı – Astara avtomagistralının Ələt qəsəbəsindən keçən hissəsində çəkilib.

Belə ki, “Mercedes VİTO” markalı mikroavtobusun sürücüsü nəqliyyat vasitəsinin damında iki xırdabuynuzlu heyvan – keçi daşıyıb.

Yüksəksürətli yolda heç bir maneə olmadan şiddətli hava axınına məruz qalan ayağı bağlı heyvanların narahatlığı çəkiliş zamanı aydın müşahidə olunub.

Hadisənin görüntülərini təqdim edirik:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top