İyulun 22-də Zərdab rayon Heydər Əliyev Mərkəzində “Qalib ölkənin məğrur gənclərinin informasiya müharibəsində rolu” mövzusunda gənclərlə görüş keçirildi-Foto

SİYASƏT 22.07.2022 1661

Saat24.Az xəbər verir ki,İyulun 22-də Zərdab rayon Heydər Əliyev Mərkəzində İdeoloji maarifləndirmə konsepsiyasına uyğun olaraq “Qalib ölkənin məğrur gənclərinin informasiya müharibəsində rolu” mövzusunda gənclərlə görüş keçirildi.
Tədbir iştirakçıları tərəfindən ilk öncə Ümummilli lider Heydər Əliyevin və “Milli Mətbuat Günü” münasibəti ilə mətbuatımızın banisi Həsən bəy Zərdabinin abidələri ziyarət olundu.
Görüşdə Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, elmlər doktoru, professor Jalə Əliyeva, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov, Gənclərin İnkişaf və Kareya Mərkəzinin Zərdab nümayəndəliyinin direktoru Vusal Yusifov iştirak etdilər.
Tədbirdə çıxış edən Millət vəkili Jalə Əliyeva gəncləri salamlayaraq onların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsinin dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılmasından, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən, Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açan 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan gənclərinin göstərdikləri şücaətlərdən bəhs etdi.
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri İlkin Əliyev çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun tarixi qələbə qazandığı Vətən müharibəsi dövründə Azərbaycan gənclərinin ön cəbhədə olduğu kimi arxa cəbhədə də fəallıqları ilə seçildiyini, informasiya müharibəsində düşmən təxribatlarına qarşı sosial şəbəkələrdə aktiv olduğunu, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında gənclərimizin göstərdiyi fəallığın önməmini vurğuladı.
Daha sonra çıxış edən Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov və Gənclərin İnkişaf və Kareya Mərkəzinin Zərdab nümayəndəliyinin direktoru Vusal Yusifov gənclərin fəaliyyəti üçün dövlətimizin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqənin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsindən, ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşmasından bəhs etdilər.
Görüşdə gənclərin təklifləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı və qarşılıqlı müzakirələr aparıldı.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmuş bir qrup gənclərə partiya vəsiqələri təqdim olundu.






XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top