H.B.Zərdabinin xatirə muzeyində 22 İyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə "Zərdabi işığında" adlı tədbir keçirilib-Foto

DÜNYA 22.07.2022 1498

Saat24.Az xəbər verir ki,21 iyul 2022 - ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab rayon Mərkəzi Kitabxanasının əməkdaşlarının iştirakı ilə H.B.Zərdabinin xatirə muzeyində 22 İyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə "Zərdabi işığında" adlı tədbir keçirilib.
Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva tədbiri giriş sözü ilə açaraq, H.B.Zərdabinin yaradıcllıq yolundan danışaraq qeyd edib ki, Zərdabi "Əkinçi" qəzetini yaratmaqla beyinlərdə milli oyanış toxumu səpdi.
Sonra H.B.Zərdabi muzeyinin direktoru Vəfa Bayramova tədbir iştirakçılarını H.B.Zərdabi irsinin və dövrünün görkəmli simaları ilə münasibətlərini özündə əks etdirən foto stendlə tanış edib.
Mərkəzi Kitabxananın Metodika-biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova çıxışında qeyd edib ki, H.B.Zərdabi yaradıcılığının təbliğində biz kitabxanaçıların rolu vacibdir.
Mərkəzi Kitabxananın Oxuculara Xidmət şöbəsinin Dövrü Mətbuat zalının müdİri İsgəndərli Leyla "Təbiət elminin banisi" adlı məruzə ilə çıxış edərək, Zərdabi elminin, qələminin ziyasından hər evə, hər ocağa pay düşdüyünü bildiriB.
Sonda H.B.Zərdabinin xatirə muzeyinin həyətində, dahi mütəfəkkirin büstünün qarşısında xatirə şəkli çəkilib.




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top