Deputat Jalə Əliyeva Vətən müharibəsinin şəhid ailələri və qazilər ilə görüş keçirib-FOTO

SİYASƏT 22.07.2022 1605

Zərdab rayonunda 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin ailə üzvləri və qazilər ilə görüş keçirilib.

Saat24.Az xəbər verir ki, Milli Məclisin deputatı Jalə Əliyeva, Rayon İcra Hakimiyyətinin başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Veyisova, Aparatının vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdir müavini Famil Abbasovla birlikdə Vətən müharibəsi şəhidlərinin ailələri,qazilər və müharibə iştirakçıları ilə görüşüb onların üzləşdiyi problemlərlə maraqlanıb.

Deputat Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Zəfərimizdən danışıb və torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan oğullarının şücaətini yüksək qiymətləndirib. Şəhid ailələrinə, qazilərə dövlət qayğısından danışan Jalə Əliyeva şəhid ailələri və qazilər tərəfindən qaldırılan istənilən problemə dövlət qurumları, vətəndaşlar və cəmiyyətimiz tərəfindən xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb. Valideynlər övladlarının Vətən uğrunda şəhid olduqları üçün qürur duyduqlarını bildiriblər və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını ifadə ediblər.

Jalə Əliyeva görüşdə şəhid ailələrinin qarşılaşa biləcəkləri istənilən problemlərin həllində onlara kömək etməyə hazır olduğunu bildirib. Şəhid ailələri görüşdə öz problemlərini rayonun deputatına çatdırmış, həmçinin həll edilmiş məsələlərlə bağlı ölkə rəhbərliyinə öz təşəkkürünu çatdırmışlar.

Görüşdə ölkə prezidenti cənab İlham Əliyevin şəhid ailələrinin və qazilərin sosial müdafiəsini gücləndirmək üçün həyata keçirdiyi siyasət şəhid ailələri tərəfindən minnətdarlıqla xatırlanmışdı.

 

 

 

  

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top