Hindistanda yağışı çağırmaq üçün qurbağaları evləndirdilər

DÜNYA 22.07.2022 1103

Hindistanda yerli sakinlər iki qurbağa üçün toy təşkil ediblər.

Hadisə Uttar-Pradeş ştatının Qorakhpur şəhərində baş verib. Mərasim yağış tanrısı İndranın şərəfinə keçirilib. Belə ki, bölgədə olduqca isti hava hökm sürür.

“Qurbağalar arasında nikah yağışı çağırmağa kömək edir, bu, zamanla sınaqdan keçirilmiş bir inancdır. Biz hamımız uzun müddət quraqlıqdan əziyyət çəkmişik, xüsusən də fermerlər”, - deyə ayinin təşkilatçısı Radhakant Verma bildirib.

Qurbağaların toyunu izləməyə yüzlərlə yerli sakin gəlib. Bir qrup rahib dualar oxuyub, daha sonra mərasim iştirakçıları müxtəlif təamlarla ziyafət təşkil ediblər.

Qeyd olunur ki, ertəsi gün meteorologiya xidməti ölkənin bəzi yerlərində güclü tufanla bağlı xəbərdarlıq edib.

Mənbə: Gazeta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top