Ağdaş rayon Heydər Əliyev Mərkəzində Tədbirlər Planına uyğun olaraq "Şuşa ili" əlaqədar rəsm sərgi təşkil olunub-Foto

SİYASƏT 21.07.2022 1700
Saat24.Az xəbər verir ki,21 iyul 2022-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində "Tədbirlər Planına" əsasən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "Şuşa ili" ilə bağlı sərəncamına uyğun olaraq Ağdaş rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Şuşa ili" əlaqədar rəsm sərgisi təşkil olunub. Tədbirdə ilk öncə Azərbaycan Dövlət Himni səsləndirilib və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbiri açıq elan etmək üçün Heydər Əliyev Mərkəzinin direktoru Kənan Nəbiyevə söz verilib. Sonra rəsm sərgisində Mərkəzin rəssamı Gülnar İsgəndərova çıxış edərək, tədbir iştirakçılarını salamlayıb, tədbirin təşkilində köməklik göstərən hər bir kəsə öz minnətdarlığını bildirib və tədbir iştirakçılarını tələbələrinin əl işlərindən təşkil olunmuş sərgiyə baxmağa dəvət edib. Sərgidə nümayiş olunan əsərlərdə tələbələrin Şuşadan bəhs edən düşüncələri öz əksini tapmışdır. Sərgidə əl işləri nümayiş olunan tələbələrə hədiyyələr təqdim olunub. Həmçinin tədbirdə uşaqların ifasında şeirlər səsləndirilib və vətənpərvərlik mövzusunda musiqilər ifa olunub.





 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top