Yeni Zelandiyada yerli qəbilə Baydendən hədiyyəni geri tələb edib - FOTO

DÜNYA 21.07.2022 1428

Yeni Zelandiyadan olan ekoloqlar və yerli Te-tai-tokerau qəbiləsinin nümayəndələri ABŞ Prezidenti Co Baydendən ölkə hökumətinin ona hədiyyə etdiyi qiymətli kauri ağacından hazırlanmış qabı geri qaytarmasını istəyiblər.

Onlar həmçinin Yeni Zelandiyanın Baş naziri Casinda Arderni ABŞ liderinə belə bir hədiyyə verdiyinə görə tənqid ediblər, bu addımı dəhşətli səhv adlandıraraq onun dərhal düzəldilməsini istəyiblər.

“Ölkəmizin ABŞ-a verə biləcəyi hədiyyələr arasında kauri məhsulları ən uyğunsuzudur. Bataqlıq kaurini qorumaq üçün gördüyümüz nəhəng işin fonunda baş nazirimizin bu seçimi sadəcə heyrətə salır”, - deyə Şimal Adasının Ətraf Mühit Cəmiyyətinin rəhbəri Fiona Ferrell vurğulayıb.

Qeyd edək ki, Yeni Zelandiya kaurisi (yaxud cənub aqatisi) ən qədim iynəyarpaqlı ağac növlərindən biridir. Ona hələ Yura dövründə (təxminən 150 milyon il əvvəl) rast gəlinib. Qayıq tikintisində istifadə edilən kauri ağaclarının sayı zamanla o qədər azalıb ki, son nümunələr Şimal adasındakı meşədə qorunma altına alınıb. Ağacın hasilatı və emalı 2018-ci ildən qadağan olunub.

Mənbə: Radio New Zealand

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top