Oğuzda qardaş qardaşı bıçaqlayıb

HADİSƏ 21.07.2022 1178

Oğuzda 29 yaşlı kişi bıçaqlanıb.

APA xəbər verir ki, Muxas kənd sakini, 1993-cü il təvəllüdlü Camal Maarif oğlu Əkbərovu qardaşı Şamo Əkbərov bıçaqlayıb.


O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Camal Əkbərova lazımi ilkin tibbi yardım göstərilib.

Onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top