Tuğba Özay tanınmış yazıçını boğulmaqdan xilas etdi - FOTO

HADİSƏ 20.07.2022 1270

Türkiyəli məşhur model, aktrisa və müğənni Tuğba Özay tanınmış yazıçı Derman Aksoyu dənizdə boğulmaqdan xilas edib.

Hadisə Mərmərə dənizində yerləşən Kınalıadada baş verib.

Belə ki, Ece Gürsel, Tuğba Özay, Çiğdem Sonkurt, Miray İpekler ve yazıçı Derman Aksoy gəmi ilə Kınalıadada keçirilən bir festivala qatılıblar.

Festivalın keçiriləcəyi adaya lövbər salan qrup gəmidə əylənərək günəş vannası qəbul ediblər. Ece Gürsellə gəmidə səmimi fotolar çəkdirən Aksoy sahilə üzərkən boğulmağa başlayıb. Bu zaman ətrafdakılar onun zarafat etdiyini sanaraq əyləncələrinə davam ediblər. Tuğba Özay isə təhlükənin fərqinə varıb və dənizə atılaraq boğulmaqda olan Aksoyu dənizin dibindən çıxararaq xilas edib.

Yaşanan təhlükə ilə bağlı sosial mediada paylaşım edən Aksoy Tuğbanı “Ağ atlı dəniz şahzadəm” adlandırıb.

 



Mənbə: Haber Global

XƏBƏR LENTİ
17.04.2024 3205

DİGƏR XƏBƏRLƏR

Loading
Top