Sərt karantin tədbirləri geri qayıdır? - AÇIQLAMA

GÜNDƏM 20.07.2022 1282

“Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlərin tətbiqi gözlənilmir”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda koronovirusla bağlı vəziyyət qənaətbəxşdir:

“Fikrimcə, yenidən sərt karantin qaydalarına gediləcək qədər ağır epidemioloji vəziyyət olmayacaq”.

O qeyd edib ki, maska taxması tövsiyə xarakterlidir:

“Alimlər tərəfindən də sübut olunub ki, maskalarda qoruyuculuq var. Əgər bir insan maska taxırsa, bu xəstəliyə yoluxma riskini azaldır”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top