Qazaxda kişi həyat yoldaşını baltaladı

HADİSƏ 20.07.2022 1124

Qazax rayonunda qadın həyat yoldaşı tərəfindən baltalanıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovaya başından və qollarından baltayla ağır xəsarətlər yetirilib. Hazırda cərrahi əməliyyat olan qadının vəziyyəti ağır olaraq qalır.

Hadisənin həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

XƏBƏR LENTİ
17.04.2024 3184

DİGƏR XƏBƏRLƏR

Loading
Top