Ağcabədidə qardaş bacısını amansızlıqla qətlə yetirib - YENİLƏNİB + VİDEO

HADİSƏ 18.07.2022 1311

Ağcabədidə dəhşətli qətl hadisəsi baş verib. 

Faciə rayonun Aran kəndində qeydə alınıb. Dəhşətli hadisə yaşayış məntəqəsindən bir neçə kilometr aralıda, boş sahədə olub. 

Kənddə müvəqqəti məskunlaşan Laçın rayonundan məcburi köçkün, 1992-ci il təvəllüdlü Lamiyə Abdullayevanı qardaşı 1996-cı il təvəllüdlü Bayram Xudaverdiyev çoxsayılı bıçaq xəsarətləri yetirərək, öldürüb. 

Qadın xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib. 

Xudaverdiyevlər ailəsi iddia edir ki, hadisəyə səbəb Lamiyə Abdullayevanın həyat yoldaşının ailə üzvləri olub. Mərhumun bibisi Elyanə Həşimova bildirib ki, Lamiyənin baldızı öz məşuqəsi ilə əlbir olub, Lamiyəyə tələ qurublar. 

Qeyd edək ki, qadın ailəli olub, iki azyaşlı övladı var.

 

10:12

İyulun 17-i saat 18 radələrində Ağcabədi rayonu, Aran kəndi yaxınlığında 1992-ci il təvəllüdlü Lamiyə Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağcabədi Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Bayram Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Lamiyə Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bayram Xudaverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top