Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri azalıb

GÜNDƏM 17.07.2022 1120

Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Oxu.Az xəbər verir ki, Avropa futbol qurumu iyulun 18-də keçirəcəyi püşkatma ərəfəsində belə bir addım atıb.

"Neftçi" II raundda Kipr "Aris"ini üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətinə düşəcək. Bu halda potensial rəqiblər “Tvente” (Niderland), “Mölde” (Norveç) / “Elfsborq” (İsveç) cütünün qalibi, “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi, “Hapoel” (Beer-Şeva, İsrail) / “Dinamo” (Minsk, Belarus) cütünün qalibi və ya “Levski” (Sofiya, Bolqarıstan) / PAOK (Yunanıstan) cütünün qalibi olacaq.

Azərbaycanın digər iki təmsilçisi isə hazırkı rəqiblərini keçməyi bacarsa, III raundda səpələnmişlər səbətində yer alacaq.

“Zirə” İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, “Rujomberok” (Slovakiya) / “Riqa” (Latviya) cütünün qalibi, “Kızıl Jar” (Petropavlovsk, Qazaxıstan) / “Osiyek” (Xorvatiya) cütünün qalibi, “Vikinqur” (Farer adaları) / "Dunayska Streda" (Slovakiya) cütünün qalibi, “Qzira Yunayted” (Malta) / “Radniçki” (Serbiya) cütünün qalibi və ya "Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.

“Qəbələ” Macarıstanın “Fehervar” səddini adlaya bilsə, III raundda “Panatinaikos” (Yunanıstan), “Sepsi” (Rumıniya) / “Olimpiya” (Lyublyana, Sloveniya) cütünün qalibi, “Vlajniya” (Albaniya) / “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi, “Koper” (Sloveniya) / “Vaduts” (Lixtenşteyn) cütünün qalibi və ya “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

İyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Daha əvvəl "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərində azalma baş verib. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv İsveçrə "Sürix"ini üstələyəcəyi halda, səpələnmişlər səbətində yer alacaq və "Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi, "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi və ya Kiprin "Apollon" (Limassol) klubuna rəqib olacaq.

"Qarabağ" "Sürix" səddini keçə bilməsə, mübarizəni Avropa Liqasında Çempionlar Yolunda davam etdirəcək. Saat 15:00-da başlanacaq püşkatma zamanı 10 cütün heç biri səbətlərə bölünməyəcək. Yalnız "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütü istisna olmaqla, 8 cütdən birinin məğlub komandası potensial rəqib olacaq:

"Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya)
"Dinamo" (Zaqreb, Xorvatiya) / "Şkupi" (Şimali Makedoniya)
HİK (Helsinki, Finlandiya) / "Viktoriya" (Plzen, Çexiya)
"Linfild" (Şimali İrlandiya) / "Budyo Qlimt" (Norveç)
"Jalgiris" (Litva) / "Malmö" (İsveç)
"Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya)
"Maribor" (Sloveniya) / "Şerif" (Moldova)
"Makkabi" (Hayfa, İsrail) / "Olimpiakos" (Yunanıstan)

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top