Türkiyəli mütəxəssis azərbaycanlı hakimlərə sədr təyin olundu

GÜNDƏM 15.07.2022 1004

AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Oxu.Az xəbər verir ki, aparılmış müzakirələrdən sonra 4 qərar qəbul olunub:

1. Türkiyəli mütəxəssis Barış Şimşək 2 il müddətinə AFFA-nın Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunsun.

2. Samir Əliyev bir seçmə mərhələ müddətinə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunsun.

3. “Sabah” FK-nın əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı AFFA-ya müraciəti müsbət cavablandırılsın.

4. Region Liqası komandalarının Birinci Divizionda çıxış edə bilməsi üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası tərəfindən meyarlar müəyyənləşdirilsin. Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023-cü illər mövsümündə Birinci Divizionda iştirakı təmin olunsun.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top