Ukraynalı komandir: “Bir az da çox sursat olarsa, qələbə bizim olacaq”

DÜNYA 15.07.2022 1145

“Donetsk vilayətində düşmənin ümumi qüvvələrinin öhdəsindən gəlmək üçün müttəfiqlərimizin silah-sursat dəstəyinə ehtiyacımız var. İnsanları orduya qarşı qaldırmaq üçün mütəmadi olaraq ərazilərimizə daxil olaraq, ilk növbədə, yerli sakinlərə zərər yetirən diversiya qruplarının öhdəsindən bizim hərbi birləşmələr də gələr. Fikrimcə, bir az silah-sursat olarsa, qələbə bizim olacaq”.

Bunu Donbasda “Report”un Şərqi Avropa bürosuna açıqlamasında cəbhədəki komandirlərdən olan Roman Solohub bildirib.

“Bizim əsgərlər, generallar cəsarətlidirlər. Prezidentimiz çətinlik çəksə də, cəsarətlə qələbəyə doğru addımlayır. Donbasda qələbə birmənalı şəkildə bizim olacaq, son vaxtların düşmən təbliğatı buna şübhə yarada bilməz. Rusiyameyilli mətbuatın haqqında çox danışmağı sevdiyi xəyanətdən söhbət belə gedə bilməz”.

Onun sözlərinə görə, prezident Zelenski daim ölkədə olub və onu heç vaxt tərk etməyib, xalqını atıb qaçmayıb:

“O, əlindən gələni edir ki, Ukrayna Silahlı Qüvvələri lazımi silah-sursata malik olsun. Bəzən müəyyən mövqelər əldən-ələ keçsə də, ümumilikdə qələbə birmənalı şəkildə bizim olacaq. Rusiya ordusu mövqe baxımından əhəmiyyətli dərəcədə uduzur. Yerli inzibati idarəetmə orqanları böyük işlər görür. Çoxlu şəxslər ölkəyə öz dəstəyini ifadə ediblər. Dnepropetrovskdan, Kiyevdən çoxlu mesenatlar xalqın, ordunun tərəfində çıxış ediblər. Bu cür vətənpərvərlərin dəstəyi olmadan qələbə qazanmaq çətin olardı. Çünki regionlarda hər şey həmin yerlərdə yaşayan insanlar üzərində qurulur”, - deyə ukraynalı komandir bildirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top