Qaxda bir ailənin üç üzvü qəzaya düşdü

HADİSƏ 15.07.2022 1231

Qaxda iki minik avtomobilinin toqquşması nəticəsində bir ailənin üç üzvü xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə bu gün günorta saatlarında Qax-İlisu avtomobil yolunun Qaxbaş kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon sakini Harun Fərid Bəxtiyar oğlunun idarə etdiyi “Nissan” markalı minik avtomobili ilə Qax rayon sakini Davudov Alqış İbrahim oğlunun idarə etdiyi VAZ-2107 markalı minik avtomobili toqquşub.

Qəza zamanı xəsarət alan sürücülər və VAZ-2107 markalı avtomobildə olan sərnişinlər - sürücünün ailə üzvləri Ayşad Davudova və ailənin yetkinlik yaşına çatmayan övladı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top