Kuleba: “Vinnitsaya hücum Rusiyanın Ukraynaya görə məsuliyyəti mövzusunda konfrans zamanı olub”

DÜNYA 14.07.2022 1249

“Vinnitsaya zərbə Haaqada Rusiya Federasiyasının Ukrayna ərazisindəki cinayətlərə görə məsuliyyəti mövzusunda keçirilən konfrans zamanı baş verib”.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” hesabında yazıb. 

“Haaqada Vopke Hoekstranın (Hollandiyanın xarici işlər naziri – red.) rəhbərliyi ilə Məsuliyyət üzrə Konfrans keçirilərkən Rusiya daha bir hərbi cinayət törətdi. Vinnitsaya raket hücumunun qurbanları arasında ən azı bir uşaq həlak oldu. Biz Ukraynanın hər damla qanı və göz yaşına görə rusiyalı hərbi cinayətkarları məsuliyyətə cəlb edəcəyik”, – deyə nazir vurğulayıb.

Bu gün səhər saatlarında Kuleba Rusiya Federasiyasının Ukraynadakı cinayətlərə görə məsuliyyətə cəlb edilməsinə dair beynəlxalq konfransda iştirak edib.

Qeyd edək ki, Ukraynanın cənub-qərbindəki Vinnitsa şəhərinə raket hücumu olub. Hədəflər şəhərin mərkəzindəki mülki obyektlər olub. Azı 90 nəfərin yaralandığı və 20 nəfərin, o cümlədən üç uşağın öldüyü bildirilir.

Mənbə: Pressorg24.com

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top