Çempionlar Liqası: İlk təsnifat mərhələsinə yekun vuruldu

GÜNDƏM 14.07.2022 1443

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub.

İkinci oyun günündə altı qarşılaşma baş tutub.

“Ferentsvaroş” Macarıstanda Qazaxıstan “Tobol”unu darmadağın edib – 5:1. Komandalar arasındakı ilk görüşdə hesab açılmayıb.

“Dinamo” (Batumi) klubu Gürcüstanda Slovakiyanın “Slovan” (Bratislava) kollektivi ilə üz-üzə gəlib. Bratislavadakı ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alınsa da, cavab matçında qonaqlar üstün olub – 1:2.

Şimali İrlandiya və Uels təmsilçiləri “Linfild”lə TNS-in oyununda qalib əlavə vaxtda, “Kluj” və “Pünik” matçında isə penaltilər seriyasından sonra müəyyən edilib.

Gecənin bütün nəticələri aşağıdakı kimidir:

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunları

“Dinamo” (Batumi, Gürcüstan) – “Slovan” (Bratislava, Slovakiya) 1:2

İlk oyun - 0:0

“Klasksvik” (Farer adaları) – “Budye Qlimt” (Norveç) 3:1

İlk oyun - 0:3

“Şaxtyor” (Soliqorsk, Belarus) – “Maribor” (Sloveniya) 0:2

İlk oyun - 0:0

“Ferentsvaroş” (Macarıstan) – “Tobol” (Qazaxıstan) 5:1

İlk oyun - 0:0

“ÇFR Kluj” (Rumıniya) – “Pünik” (Ermənistan) 2:2 (pen.3:4)

İlk oyun - 0:0

“Linfild” (Şimali İrlandiya) - TNS (Uels) 2:0

İlk oyun - 0:1

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top