Britaniyanın hərbi poliqonunda təlim zamanı yanğın baş verdi

DÜNYA 14.07.2022 1329

Böyük Britaniyada başlayan güclü istilər Solsberi düzənliyində hərbi poliqonda yanğına səbəb olub. Bu poliqonda qoşunların təlimlər üçün yerləşdirilməsi nəzərdə tutulurdu.

Bu barədə iyulun 13-də Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.

“Yanğınlar poliqonun hərbi sursatlardan atəş açıldığı və ictimaiyyət üçün əlçatmaz olan hissəsində -  təhlükəli zonasında və ya zərbə zonasında lokallaşdırılır”, - deyə hərbi qurumun rəsmi nümayəndəsi bildirib.

Hərbçilər yaxınlıqdakı evlərin sakinlərindən üzr istəyib və ətrafa yayılan qatı tüstüdən mümkün qədər az təsirlənmələri üçün pəncərələri bağlı saxlamağı tövsiyə ediblər.

Mənbə: İzvestiya

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top