Azərbaycan Ordusunun hərbçisi Mingəçevir su anbarında boğulub - YENİLƏNİB + FOTO

HADİSƏ 13.07.2022 1329

Azərbaycan Ordusunun çavuşu Mingəçevir su anbarında boğulub.

Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bayramov Namizəd İsrail oğlu iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

 

18:06

Mingəçevir su anbarında çimən şəxs boğulub.

Oxu.Az-ın məlumata əsasən, “Mingəçevir” məntəqəsindən 2 km aralı, qeyri-çimərlik ərazidə kişi meyiti aşkarlanıb.

Meyit vətəndaşlar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma başlanıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top