Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var

HADİSƏ 13.07.2022 1238

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, qəza zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

2 avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində, 1954-cü il təvəllüdlü F.Mərdanov, 1961-ci il təvəllüdlü Y.Hacıyeva, 1985-ci il təvəllüdlü S.Məsimova və daha bir azyaşlı xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və normal qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top