Hindistanda daşqın qurbanlarının sayı 135-ə çatdı – FOTO/VİDEO

HADİSƏ 28.06.2022 1223

Hindistanın Assam ştatında daşqın qurbanlarının sayı 135 nəfərə çatıb.

Rəsmi məlumatlara görə 2254 kənd təbii fəlakətdən zərər çəkib, azı 218 yol və 20 körpüyə ziyan dəyib. 2,2 milyon insan hələ də daşqın zonasında qalır. Çay bəndinin dağılması nəticəsində Naqaon bölgəsində xüsusilə gərgin vəziyyət yaranıb.

Qeyd edək ki, güclü musson yağışları Brahmaputra çayının daşmasına səbəb olub. Ümumilikdə Assamın 29 dairəsində 4,7 milyon sakin daşqınlardan zərər çəkib.

 












Mənbə: Hindustan Times

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top