ABŞ-da yük maşınından 46 miqrantın meyiti aşkar edilib - VİDEO

DÜNYA 28.06.2022 1604

ABŞ-ın Texas ştatının San-Antonio şəhərində yük maşınından 46 miqrantın meyiti tapılıb.

Ağır vəziyyətdə olan 16 nəfər yük maşınının qoşqusundan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Onlardan dördünün azyaşlı olduğu bildirilir.

Sağ qalanlar isə hipertermiyadan və uzun müddət davam edən qızdırmadan əziyyət çəkirlər.  

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım maşınları cəlb edilib.

İlkin məlumata görə, kütləvi insan ölümünə yük maşınının qoşqusunda kondisionerin işləməməsi və qoşquda içməli suyun olmaması səbəb olub.

Mənbə: BBC

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top