MÜASİR DÖVRDƏ AZƏRBAYCAN ORDUSU DÜNYANIN ƏN GÜCLÜ ORDULARI SIRASINDADIR !

DÜNYA 27.06.2022 1419

Azərbaycan vətəndaşıyam. Necə də qürurlu səslənir bu söz. Bu hissi yaşayan hər kəs xoşbəxtdir. Xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti var.  Vətəni, müqqəddəs torpaqları  uğruna canını sevə-sevə qurban verəcək oğulları var. Daim fəxr ediləcək keçmişimiz, çiçəklənən bu günümüz, parlaq gələcəyimiz var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı xalqı var. Onu yağılardan qoruyan güclü ordusu var.

Daim sayğı və şərəfləri ilə yad ediləcək şəhidləri var . 

Müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim
düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin müzəffər Ali Baş Komadanın,qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. 
"Öncə Vətəndir!" deyən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidi!... 
Şah İsmayıl Xətainin bir deyimini xatırlayıram: "Qılınc həmin qılıncdır, qol o qol deyil". Bəli, silah-texnika düşməndə də var, lakin əsgər həmin əsgər, ürək həmin ürək deyil. Onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır,  bizim əsgərlər isə son damla qanına qədər döyüşü davam etdirir...Qəhrəmanları olmayan millət tarixin sınaqlarından keçə bilməyəcək, dar və dolanbac döngələrdə azıb qalacaq. Qəhrəmanlığı edənlər də, onu tarixə yazanlar da vətənin igid övladlarıdır. Ölümdən qorxmadan, sağlamlığını itirmək bahasına olsa belə vətən, torpaq, azadlıq uğrunda mübarizəsindən dönməyən əsgərlərimiz var.
Uğrunda qan tökülən torpağa VƏTƏN deyilir,
özünü vətəndaş zənn edən bir kəs Vətənin dərdinə yad qala bilməz! 
Həqiqi namuslu insan ailəsini özündən,vətənini ailəsindən,insanlığı isə Vətənindən uca tutmalıdır bizim igid oğullarımızda ucadan da uca tutaraq bu gün qürurlu və qalib xalq adını bizə yaşatdılar. 
Həmd olsun bu günlərə!

Yolu hərbidən keçən və keçəcək olan hər bir Azərbaycan oğlu Gününüz Qutlu olsun .

.Gülnar Rəhimqızı:  Azəriqaz qadın və inkişaf şurasının sədri.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top