Ekvador kütləvi etirazlara görə neft hasilatını dayandırmağa hazırlaşır

DÜNYA 27.06.2022 1338

Ekvadorda artıq iki həftədir fasilə vermədən davam edən kütləvi etiraz aksiyaları ilə əlaqədar ölkənin neft hasilatı dayandırıla bilər.

Bu barədə ölkənin Energetika və Mədən Nazirliyi bəyanat yayıb.

“Neft hasilatı kritik səviyyədədir. Bugünkü rəqəmlər 50 faiz azalmanı göstərir. Bu vəziyyət davam edərsə, ölkədə neft hasilatı 48 saat ərzində dayandırılacaq. Çünki quyuları ələ keçirmək istəyirlər”, - deyə bəyanatda bildirilib.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, 14 günlük etiraz aksiyaları zamanı dövlətin büdcəsinə neftdən daxilolmalar 120 milyon dollar azalıb.

Təxminən iki həftədir davam edən və 5 nəfərin həyatına son qoyan etirazlarda əsas tələblər artan cinayətlər fonunda benzinin qiymətinin aşağı salınması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsidir.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top