Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib – FOTO

GÜNDƏM 26.06.2022 1950

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

Mehriban Əliyeva “Instagram” hesabında yazıb:

“Əziz həmvətənlər!

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm! Mərdliyinizə və dözümlülüyünüzə görə çox sağ olun!

Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyinizə görə sizə minnətdarıq!

Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Belə qəhrəman oğullar böyütmüş ana və ataların qarşısında baş əyir, onlara səbir diləyirəm.

Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!”

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top