Bakıda ağır yol qəzası: Yaralanan var - FOTO

HADİSƏ 25.06.2022 1129

Bakıda ağır yol qəzası olub.

Oxu.Az xəbər verir ki, hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsində baş verib. Belə ki, iki minik avtomobili yük maşınına çırpılıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, qəzada xəsarət alan bir nəfər 27 yaşlı kişi gecə saatlarında hospitalizasiya edilib:

“27 yaşlı şəxs yuxarı və aşağı ətrafların çoxsaylı sınıqları diaqnozu ilə mərkəzə daxil olub. Həkimlər tərəfindən zəruri tibbi müdaxilələr həyata keçirilib”.

 




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top