Zaqatalada 73 yaşlı kişi həmkəndlisini bıçaqladı

HADİSƏ 24.06.2022 1260

Zaqatalada 73 yaşlı kişi həmkəndlisini bıçaqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gecə rayonun Mosul kəndində baş verib. 

Belə ki, kənd sakini, 1949-cu il təvəllüdlü Murtuzəliyev Camələddin Murtuzəli oğlu həmkəndlisi, 1970-ci il təvəllüdlü Rəsulov Ramiz Qeybullah oğlunu qarın nahiyəsinə bıçaqla ağır xəsarət yetirib. 

Ramiz Rəsulov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub, hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. 

Hadisəni törətməkdə şübhəli sayılan Cəmaləddin Murtuzəliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

XƏBƏR LENTİ
17.04.2024 3179

DİGƏR XƏBƏRLƏR

Loading
Top