“Anadolu Qartalı - 2022” beynəlxalq təlimi davam edir: Pilotlarımız şərti düşməni məhv etdilər - FOTO

GÜNDƏM 23.06.2022 1665

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.

Həmçinin pilotlarımız Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.

 



XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top