Xeyriyyə fondu “Bayraktar”lar almaq üçün pul yığır

GÜNDƏM 23.06.2022 1340

Ukraynalı şoumen Sergey Pritulanın Xeyriyyə Fondu Ukrayna Silahlı Qüvvələri üçün üç ədəd “Bayraktar” zərbə PUA-sı almaq məqsədilə genişmiqyaslı ianə kampaniyasına start verib.

Bu barədə o, ad günündə “Facebook” səhifəsində məlumat verib.

“Bu gün gəlib çatdı. “Bayraktar”lar alırıq. Mən sizi bu nəcib işə qoşulmağa dəvət edirəm. Vəqfimiz müqavilə imzalayır və ona əsasən üç “Bayraktar” alıb Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulur”, - deyə Pritula bildirib.

O, əlavə edib ki, ümumilikdə 500 milyon qrivnadan (15 milyon dollar) çox pul yığmaq lazımdır. Fond artıq ilk iki milyon dolları toplayıb, daha 13 milyon dolların isə bir həftə ərzində yığılacağı gözlənilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top