Atmosferə karbon qazı buraxmayacaq sərnişin təyyarəsinin istehsalı planlaşdırılır

DÜNYA 21.06.2022 1628

Yaponiyanın iri ağır maşınqayırma korporasiyası olan “Kawasaki Heavy Industries” hidrogen yanacağı ilə işləyəcək sərnişin təyyarəsinin əsas komponentlərinin hazırlanmasına başlayıb. Bunların xaricdə analoji laynerlərin istehsalına təxminən 2040-cı ildə başlayacaq təyyarə istehsalçılarına təqdim edilməsi nəzərdə tutulur.

Yanma zamanı atmosferə karbon qazı buraxmayacaq sərnişin təyyarəsi təxminən 150 yerlik nəzərdə tutulub, onun uçuş məsafəsinin iki-üç min km olacağı gözlənilir.

Təyyarənin komponentlərinin hidrogen yanacağı ilə sınaqdan keçirilməsinə isə 2030-cu ilə qədər başlanacağı gözlənilir.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top