Bakıda zəncirvari qəza: Xəsarət alan var – FOTO

HADİSƏ 20.06.2022 1293

Paytaxtda zəncirvari yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Türkiyənin Azərbaycandakı səfirliyinin yaxınlığında, Səməd Vurğun və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə, “BMW” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub, nəticədə “BMW” zərbənin təsirindən yolun əks istiqamətinə çıxaraq “KİA” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə zamanı bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 



XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top