Bakıdakı dəbdəbəli toy görüntüləri ilə gündəm olan şəxs kimdir? - VİDEO

GÜNDƏM 20.06.2022 1344

Bir neçə gün əvvəl Bakıda baş tutan dəbdəbəli toyun görüntüləri sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Videodakı avtomobillərin, eləcə də onların dövlət nömrə nişanlarının yetərincə bahalı olduğu görünür. Toy paytaxtın elit məkanlarından birində baş tutub.

Qeyd edək ki, tədbirdə Ukraynanın Əməkdar artisti Svetlana Loboda, gürcü müğənni Dato, Xalq artistləri Zülfiyyə Xanbabayeva, Natiq Şirinov və rəhbərlik etdiyi “Natiq” ritm qrupu, Əməkdar artist Xəyyam Nisanov və başqaları çıxış ediblər.

“Qafqazinfo”nun məlumatına görə, toyu olan Emil Telman adlı biznesmenin oğludur. Ailə uzun müddətdir, Qazaxıstanda yaşayır. Emilin ailə qurduğu Aysel isə Azərbaycanda yaşayır.

Həmin görüntüləri təqdim edirik:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top