Bakıda binada liftin qırılması zamanı yaralanan uşağın atası: “İlk hal deyildi” – YENİLƏNİB + VİDEO

HADİSƏ 18.06.2022 1636

Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində yaralanan dörd yaşlı uşağın atası danışıb.

Sərxan Şərəfov Oxu.Az-a açıqlamasında bildirib ki, Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binadakı lift nasaz olduğu üçün şaxtaya düşüb:

“Yeni binada belə bir problemli liftin olması absurddur. Dünən liftdə olanların hamısı xəsarət alıb, bir nəfərin beli sınıb. Mənim dörd yaşlı qızımın sağ ayağında sınıq var. Dünəndən üç xəstəxana gəzmişik”.

O bildirib ki, həmin binada liftin qırılaraq şaxtaya düşməsi ilk belə hadisə deyil:

“Qonşulardan aldığım məlumata görə, eyni binanın başqa blokunda bir dəfə də belə hadisə olub. Burada məsələ səhlənkarlıqdır. MTK-nı idarə edən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar”.

16:35

Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində xəsarət alanların arasında Milli Məclisin işlər müdiri Firudin Hacıyevin qızı ilə nəvəsi də olub. 

F.Hacıyev bəzi detalları Baku TV-yə danışıb: 

10:37

Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində yaralananların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Oxu.Az-a açıqlamasında bildirib ki, xəsarət alanlardan dördü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub:

“Bir nəfər isə tibb müəssisəsinə getməkdən imtina edib”.

10:26

Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə saat 22:20 radələrində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib. Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan dörd qadın və iki azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top