Argentina Rusiya helikopterləri əvəzinə Amerika helikopterləri alacaq

DÜNYA 18.06.2022 1396

Argentina Rusiyanın Mi-26-larının əvəzinə Amerikanın CH-47 “Chinook” helikopterlərini alacaq.  Bu barədə “Defence News” Buenos-Ayresdəki hərbi mənbələrə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, Latın Amerikası ölkəsi dörd uçuş aparatı almağı planlaşdırır.

Məlumatda deyilir ki, Argentina əvvəllər Rusiya helikopterlərinin alınması imkanlarını araşdırıb, lakin manevr qabiliyyətinə və ölçülərinə görə bu fikrindən daşınıb.

Buenos-Ayres CH-47 “Chinook”un alınması üçün Vaşinqtona sorğu göndərib.

Mənbə: Lenta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top