Ukraynada məhsul yığımı ilə bağlı bədbin proqnoz

İQTİSADİYYAT 14.06.2022 1442

Cari il Ukraynada məhsul yığımı 2021-ci il ilə müqayisədə iki dəfə az olacaq.

Bu açıqlama ilə Ukrayna kənd təsərrüfatı nazirinin birinci müavini Taras Vısotski çıxış edib.

“Əgər ötən il Ukrayna 86 milyon ton məhsul yığmışdısa, bu il bunun cəmi 48,5 milyon ton olacağı gözlənilir”, - deyə kənd təsərrüfatı nazirliyinin rəsmisi bildirib.

T.Vısotski həmçinin əlavə edib ki, Rusiya tərəfinin Ukrayna taxılının ixracına yaratdığı maneələrlə əlaqədar 30 milyon ton həcmindən artıq taxıl ölkədə qala bilər.

Mənbə: Segodnya

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top