Türkiyədə israilli turistlərə hücum etmək istəyən iranlı kəşfiyyatçılar saxlanılıblar

HADİSƏ 14.06.2022 1403

Türkiyənin təhlükəsizlik orqanları İstanbulda israilli turistlərə hücum planlaşdıran bir qrup iranlı kəşfiyyatçının kimliyini müəyyən edib.

Bu barədə “Yediot Ahronot” İsrail rəsmisinə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə əməliyyatçısı Türkiyədə həbs edilib.

Türkiyə mediasında isə bir qrup iranlının hələ də azadlıqda olduğu, bu səbəbdən onların israillilərə hücum təhlükəsinin qaldığı vurğulanıb.

Qeyd edək ki, mayın 30-da İsrailin xarici işlər naziri Yair Lapid İstanbulda olan israilliləri ölkəni mümkün qədər tez tərk etməyə çağırıb.

“Türkiyədə son həftələrdə baş verən hadisələrdən və İranın İstanbulda istirahət edən israillilərə hücum cəhdlərindən sonra biz İsrail vətəndaşlarını oraya səyahət etməkdən çəkinməyə çağırırıq”, - deyə nazir bildirib.

Bundan sonra İsrail Milli Təhlükəsizlik Şurası Türkiyəyə səfər xəbərdarlığı edib. Hazırda İsraildə İstanbul üçün 4-cü səviyyə xəbərdarlığı var ki, bu, israillilər üçün təhlükə dərəcəsi baxımından İran, Əfqanıstan və bəzi başqa yerlərlə müqayisə oluna bilər.

İsrailin baş nazir ofisi də Türkiyədə ölkə vətəndaşları üçün təhdidin olduğunu bəyan edib.

Buna qədər bildirilmişdi ki, son həftələr İranda qeyri-müəyyən şəraitdə aeronavtika, pilotsuz təyyarələrin, raketlərin və peyklərin hazırlanması, habelə nüvə sahəsi üzrə bir neçə tanınmış alim və ekspert ölüb ya da həlak olub. İran bu hadisələrin arxasında İsrail kəşfiyyatçılarının dayandığına inanır.

XƏBƏR LENTİ
17.04.2024 3179

DİGƏR XƏBƏRLƏR

Loading
Top