Şirvan kollektorunda batan kişinin axtarışları dayandırıldı

HADİSƏ 14.06.2022 1218

Şirvanda kollektorda batan 56 yaşlı kişinin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, iyunun 12-si Baş Şirvan Kollektorunun Şirvan şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1966-cı il təvəllüdlü Cavadov Təyyar Mirhəsən oğlunun axtarışları başa çatıb.

T.Cavadovun meyiti kollektorun Salyan rayonu ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 30 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top