Parlamentin iki komitəsi Şuşada iclas keçirdi: Nələr müzakirə edildi?

SİYASƏT 11.06.2022 1663

İyunun 11-də Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində birgə iclası keçirilib.

Bu barədə Saat24.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Prezident İlham Əliyevin fərmanı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılmasının ölkədə regional iqtisadi idarəetmənin təkmilləşdirilməsi və ərazicə optimallaşdırılması baxımından əhəmiyyətindən bəhs edib.

Bu iqtisadi zonalara daxil olan rayonların hər birinin özünəməxsus zəngin təbii resurslara, yüksək iqtisadi potensiala malik olmasını diqqətə çatdırıb.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinə daxil olan rayonların iqtisadiyyatında ənənəvi sahələrə üstünlük verilməklə yanaşı, rəqabətədavamlı qeyri-ənənəvi sahələrin də inkişaf etdirilməsi ilə bağlı qeydlərini bildirib. O, işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı ilə bağlı fikirlərini səsləndirib.

İclasda deputatlar Vətən müharibəsində böyük Zəfərdən sonra azad edilmiş ərazilərdə aparılan geniş vüsətli tikinti və quruculuq işlərini, regionun iqtisadi inkişafı və tərəqqisi istiqamətində həyata keçirilən layihələri,  o cümlədən “Yaşıl enerji zonası” konsepsiyasını yüksək dəyərləndiriblər.  

Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının inkişaf potensialı, Böyük Qayıdışın gerçəkləşdirilməsi prosesi ilə bağlı fikirlərini bölüşüblər.

Dinləmələrdə çıxış edənlər iqtisadi zonaların hərtərəfli inkişafının ölkəmizin ümumi iqtisadiyyatının daha da böyüməsinə və dövlətimizin qüdrətinin artmasına  öz töhfələrini verəcəyinə inamlarını ifadə ediblər.

Bununla da Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində keçirilən birgə iclası başa çatıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top