“Azəriqaz”ın “Açıq mikrofon”u daha 5 rayonda qurulacaq – FOTO

CƏMİYYƏT 11.06.2022 1334

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Saat24.Az  xəbər verir ki, növbəti həftə (13-14.06 və 17.06) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin birinci günü saat 12:00-dan 13:00-dək Lerik rayonunun Davradibi kəndində (Züvüc, Qələbin və Veri-Əliabad kəndlərinin sakinləri də qatıla bilər), saat 15:00-dan 16:00-dək Yardımlı rayonunun Çaydüzü kəndində, ikinci günü saat 10:00-dan 11:00-dək Astara rayonunun Vənəşikəş kəndində, saat 13:00-dan 14:00-dək Masallı rayonunun Ninalov kəndində və 5-ci günü isə saat 11:00-dan 12:00-dək İmişli rayonunun  Hacıalmuradlı kəndində baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top