Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid ailəsini ziyarət etdi-Foto

SİYASƏT 05.06.2022 1601

Saat24.Az xəbər verir ki,Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Xanabad kəndində Şəhid Rəsulov Xəzər Mayıl oğlunun ailəsini ziyarət edib.
Şəhidin valideynləri ilə söhbət zamanı şəhidin qısa ancaq şərəfli həyat yolundan danışılıb. Şəhər Rəhbəri ailənin qayğı və ehtiyacları ilə maraqlanıb, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı göstərildiyini bildirərək Ölkə Rəhbərliyinin bu sahədə həyata keçirdiyi işlərin Yevlaxda da davam etdirildiyini qeyd edib.
Şəhidin atası Mayıl Rəsulov və anası Xanım Rəsulova dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban Xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.




114Coşqun Abdullaoğlu Abdullayev, Anar Salehoğlu ve 112 diğer kişi
9 Yorum
18 Paylaşım
Beğen
Yorum Yap
Paylaş
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top