Sıxlıq müşahidə edilən küçə və prospektlər - SİYAHI + VİDEO

GÜNDƏM 03.06.2022 1225

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesi - Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər

2. Binəqədi şosesi - Azadlıq prospekti metro stansiyasının yanından başlayaraq Biləcəri-Baksol yoluna qədər sıxlıq

3. Moskva prospekti - Beynəlxalq Avtovağzalın qarşısından “20 yanvar” dairəsinə qədər - əsas və kənar yol sıxlıq

4. Rövşən Cəfərov küçəsi - “20 yanvar” dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində

5. Ziya Bünyadov prospekti - Müzəffər Həsənov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, “20 yanvar” dairəsi istiqamətində sıxlıq

6. Abdulvahab Salamzadə küçəsi – “Qələbə” dairəsindən başlayaraq, Ceyhun Səlimov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Ziya Bünyadov prospekti istiqamətində, eyni zamanda Ceyhun Səlimov küçəsi ilə kəsişmədən, “Qələbə” dairəsinə qədər olan hissəsində sıxlıq

7. Rəşid Behbudov küçəsi - Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən, Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

8. Babək prospekti – Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməyədək sıxlıq

9. 28 May küçəsi - Puşkin küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

10. Heydər Əliyev prospekti – “Koroğlu” metro stansiyasının qarşısından Heydər Əliyev Mərkəzinin yanına qədər əsas və kənar yolda sıxlıq

11. Abbasqulu ağa Bakıxanov küçəsi - İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq

12. Dilarə Əliyeva küçəsi - Zorge küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər sıxlıq.

XƏBƏR LENTİ
17.04.2024 3205

DİGƏR XƏBƏRLƏR

Loading
Top