Vətən müharibəsinin şəhidi İlkin Ağayevin doğum günü ilə əlaqədar məzarı ziyarət olunub-Foto

SİYASƏT 02.06.2022 2170

 

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması Zərdab rayonunda ənənə halını alıb. Ənənənin davamı olaraq 2020-cı ilin Noyabrında şəhidlik zirvəsinə ucalan İlkin Ağayevin anım günü Zərdab rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyd edilib.
2 İyun 2022-ci il tarixdə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov , YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev , Zərdab rayon Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Zərdab rayon şöbəsinin rəisi Ramil Əhmədov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, Zərdab Gənclər İdman idarəsinin rəisi Ələkbər Kərimov , Körpükəndində şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, məzarı üzərinə gül dəstələri düzüblər. Torpaqlarımızın azadlığı, vətənimizin bütövlüyü uğrunda canını fəda edən qəhrəman şəhidimizə Allahdan rəhmət, doğmalarına səbr diləyiblər. Azərbaycan xalqı var olduqca qəhrəman şəhidlərimizin də yaşayacağını, hec vaxt unudulmayacağını söyləyiblər. Belə vətənpərvər, mərd oğul böyütdüyü üçün şəhidin ata və anasına Mərdan müəllim təşəkkürlərini bildirib.
Şəhidin anası ağır itki olmasına baxmayaraq, övladının şərəfli ölümü, şəhidliyi ilə ailəsinə və xalqına başucalığı gətirdiyini qeyd edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib.
Allah bütün şəhidlərimizə rəhmət etsin.
Saat24.Az Coşqun Abdullayev












XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top