KTM-ə zəhərlənmə ilə bağlı 700-dən çox müraciət daxil olub: Altı nəfər ölüb

GÜNDƏM 02.06.2022 1012

May ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib.

Bu barədə Oxu.Az-a Mərkəzin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 137-si Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 70-i dərmandan, 21-i sirkə turşusundan, 6-sı dəm qazından, 1-i göbələkdən, 12-si etil spirtindən zəhərlənib.

Digərlərindən 1-i anafilaksiya səbəbindən, 12-si allergik reaksiyadan, 3-ü isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Həmçinin onlardan 9-nu ilan, 2-ni isə həşərat sancıb.

Zəhərlənən şəxslərin 56-sı qadın, 61-i kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 137 nəfərdən 6-sı (3-ü kişi, 3-ü qadın) dünyasını dəyişib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top