Sankt-Peterburqda binanın girişini bağlayan BMW yandırıldı - VİDEO

DÜNYA 02.06.2022 1454

Sankt-Peterburqda evlərdən birinin yaxınlığında BMW markalı avtomobil tamamilə yanıb. Video “Piteraç” “Telegram” kanalında yayımlanıb.

Hadisə Fəhlə bulvarında baş verib. Kişi avtomobilini birbaşa binanın girişində saxlayıb və bununla da həyətə giriş-çıxışın qarşısını kəsib. Bu da yerli sakinlərdən birinin xoşuna gəlməyib və o, avtomobilə yaxınlaşaraq onun üzərinə yanar maye səpib, avtomobili yandırıb. Nəticədə avtomobil tamamilə yanıb. Bu anlar kameralara əks olunub. 

BMW-dən başqa, yaxınlıqda dayanmış “Kia Rio” da zərər çəkib. Yanğının təsirindən avtomobilin qabaq bamperi və farası əriyib. Polis hadisəni törədən şəxsi axtarır.

Mənbə: Gazeta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top