Daha bir Britaniya şahzadəsi xarici ölkəyə köçdü

DÜNYA 02.06.2022 1405

Britaniya kraliçası II Elizabetin nəvəsi şahzadə Yevgeniya əri Cek Bruksbenk və bir yaşlı oğlu Avqustla birlikdə Portuqaliyaya köçüb.

Ailənin bu addımı Bruksbenkin aktyor Corc Kluni ilə dost olan iş adamı, multimilyonçu Mayk Meldmanla yeni işə başlaması ilə bağlı olub. O, Lissabonun cənubunda tikilən özəl kurort “CostaTerra Golf and Ocean Club”-da satış, marketinq və tanıtım şöbəsində işə düzəlib.

Kraliçanın başqa ölkəyə köçən digər nəvəsi Şahzadə Harridən fərqli olaraq, Yevgeniya vətəninə mütəmadi səfər etməyi planlaşdırır

Qeyd edək ki, 32 yaşlı York şahzadəsi Yevgeniya şahzadə Endryunün qızıdır. O, Britaniya taxtının varisliyi sırasında sayca 12-cidir.

Mənbə: “Daily Mirror”

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top