Millət vəkili Elnur Allahverdiyev qabaqcıl şagirdlərlə görüşdü – FOTO

SİYASƏT 01.06.2022 1667

Millət vəkili Elnur Allahverdiyev qabaqcıl şagirdlərlə görüşdü.

Saat24.Az  xəbər verir ki,bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında millət vəkili Elnur Allahverdiyevin təmsil etdiyi dairənin sakinləri olan qabaqcıl məktəblilər və şəhid övladları ilə görüşü olub.

Görüş Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib. Tədbirdə Yasamal Rayon icra Hakimiyyəti başçısının müavini Təravət Muradova, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyev də iştirak ediblər. Orta məktəbdən məzun olan şagirdlərlə fəal diskusiya şəklində keçən görüşdə 17 saylı Yasmal üçüncü seçki dairəsinin ərazisində yerləşən 6 orta məktəbin 12 qabaqcıl şagirdi deputat tərəfindən mükafatlandırılıb.

Sonra tədbir iştirakçıları kitabxana əməkdaşlarının övladları tərəfindən Qarabağ və Vətən müharibəsi mövzusunda çəkilən rəsmlərə baxıblar, qalibləri müəyyən ediblər.

“Azərbaycanda uşaqlar həmişə Ulu öndər Heydər Əliyevin xüsusi diqqətində olub. Tək 1 iyun Uşaqlar günündə Ümummilli liderin necə uşaqlarla birlikdə şənliklərdə iştirak etdiyini xatırlamağımız hər birimizdə xoş ovqat yaradır. Bu siyasət hazırda cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir” – deyə millət vəkili Elnur Allahverdiyev çıxışında bildirib.

XƏBƏR LENTİ
20.04.2024 2018

DİGƏR XƏBƏRLƏR

Loading
Top