Kanada VTB, “Sberbank” və Alina Kabayevaya qarşı sanksiyalar tətbiq edib

DÜNYA 01.06.2022 944

Kanada Rusiyadan olan 22 fiziki və 4 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Milli Media Qrupunun direktorlar şurasının rəhbəri Alina Kabaeva, VTB və “Sberbank”ın idarə heyətinin keçmiş və indiki üzvləri məhdudiyyətlərə məruz qalıblar. Sanksiyalar “Rosselxozbank” və “İnvesttorqbank”a da şamil edilib.

Xanım Kabayevadan başqa, “Alfa-Bank”ın təsisçisi Mixail Fridmanın qızları Larisa və Yekaterina da sanksiyalara məruz qalıb.

Kanada hökumətinin mətbuat xidmətinin məlumatına görə, yeni məhdudiyyətlər Moskvanı Ukraynada hərbi əməliyyatı dayandırmağa məcbur etmək üçün Rusiya rəhbərliyinə əlavə təzyiq göstərmək məqsədi daşıyır.

Mənbə: kommersant.ru

XƏBƏR LENTİ
17.04.2024 3206

DİGƏR XƏBƏRLƏR

Loading
Top