Ukraynalı qaçqın qənimət daşıyan rus tankının üzərində öz əşyalarını gördü

DÜNYA 01.06.2022 1433

Müharibə səbəbilə Luqansk vilayətinin Popasnaya şəhərindən qaçmaq məcburiyyətində qalan Alina Korenyuk qəniməti daşıyan rus tankının üzərində evdə qoyub getdiyi əşyalarını görüb.

İngiltərəyə pənah aparan qadın “BBC News” ilə əlaqə saxlayıb və fotonun evindən cəmi beş dəqiqəlik piyada məsafədə yerləşən küçədə çəkildiyini bildirib.

Fotoqraf Aleksandr Yermoçenko tərəfindən mayın 26-da Popasnayada çəkilmiş foto bir çox KİV, o cümlədən Britaniya mətbuatı tərəfindən dərc edilib. Korenyukun sözlərinə görə, fotonu ilk görən əri olub.

Ukraynalı qaçqının dediyinə görə, fotoda tankın üzrində onun müharibədən əvvəl aldığı yeni su qızdırıcısı, həmçinin süfrə, uşaqları üçün üzərində Disney personajları olan yeni yataq dəsti və qırmızı adyalı görmək mümkündür. Korenyuk ehtimal edir ki, evində qalan televizor və digər məişət texnikası da fotodakı adyalın altında gizlədilib.

Qadın bildirib ki, gördükləri onun ailəsini təəccüblənməyib. Onlar rusiyalıların  məhv etmədikləri hər şeyi oğurlayacaqlarını öncədən güman ediblər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top